#TariximizdəBugün 🇦🇿 Bugün 1 sentyabr xalqımız tarixində mühüm addımlarla yaddaşda qalıb. 🔹1919 — Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti ölkədə ilk ali təhsil müəssisəsinin — Bakı Dövlət Universitetinin (BDU) təsis edilməsi haqqında qanun qəbul etdi. Bu addım müsəlman Şərqində müasir tipli universitet təhsilinin əsasını qoydu. 1924 — Hacı Zeynalabdin Tağıyev vəfat etdi. Dahi Azərbaycan milyonçusu, böyük xeyriyyəçi və maarifpərvər. O, Bakıda ilk qızlar məktəbini açmış, yüzlərlə gəncin Avropada təhsil almasını maliyyələşdirmiş və millətin tərəqqisi üçün bütün var-dövlətini sərf etmişdir. @CaucasianLive
September 1, 2026 9