Milli Məclis bu gün Cinayət və Cinayət-Prosessual məcəllələrdə… — QARABAĞ — TG.ME

Milli Məclis bu gün Cinayət və Cinayət-Prosessual məcəllələrdə dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda qəbul edib. Qanuna əsasən, şəxsin razılığı olmadan onun görüntüsü və ya səsindən istifadə etməklə süni intellekt və xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, audio və videomateriallar hazırlamaq və yaymaq cinayət sayılacaq.

Bu cür əməllər 3 000–7 000 manat cərimə, 360–480 saat ictimai iş və ya üç ilədək azadlığın məhdudlaşdırılması, yaxud eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Qanun layihəsində qeyd olunur ki, əgər həmin əməl bir qrup şəxs tərəfindən, iki və ya daha çox şəxsin zərərinə, şərəf və ləyaqətin ləkələnməsi, nüfuzun zədələnməsi məqsədilə, yaxud zərərçəkənin xidməti vəzifəsi və ya ictimai borcu ilə bağlı törədilərsə, cəza üç ildən beş ilədək azadlıqdan məhrumetmə olacaq.
March 17, 2026 40