Yavaş-yavaş gəncliyimi,
Gülüşümü, şənliyimi
İtirirəm, hər şeyimi;
Əldə bir şey qalmır, ana.
Hər günüm bir boş yalvarış,
Ağlım qaldı bircə qarış.
O yaxın dost, köhnə tanış
Məndən salam almır, ana.
Ömür nədi, heç bilmədim;
Yaşadım, amma gülmədim.
Sevinc gördüm dindirmədim;
Qapımızı çalmır, ana.
Pəncərəmdə günəş söndü,
Gündüzüm gecəyə döndü.
Həyat deyil, bu sürgündü,
Evdə sabah olmur, ana.
• Nail Zeyniyev
4
1
1August 28, 2026 2