Dünən eyni döngədə səninlə qarşılaşdıq, Ürəyində iztirab, gözündə yaş… — PDF kitablar — TG.ME

Dünən eyni döngədə səninlə qarşılaşdıq, Ürəyində iztirab, gözündə yaş görmədim. O qayğısız illərin qorxusu yoxa çıxmış, Sakitcə baxdın mənə zərrə təlaş görmədim. Elə bildim əzəldən tanrı bizi ayırmış, Elə bildim mən səni tanımadım nə vaxtsa. Hər vüsalın sonunda bir ayrılıq varıymış, Mən bəxtimdən, sevgilim, yarımadım nə vaxtsa. Keçdi sənli xəyallar başımdan duman kimi, Mən göylərə ağladım, göylər mənə ağladı. Ömrü bu cür yaşadım sirli bir güman kimi, Atam matəm saxladı, anam qara bağladı. O sahildə gözlədim, o son görüş yerində, İçimdən bir ah çəkdim yoxluğuna, bağışla. Qıymadığım tellərin boynuma kəndir oldu, Heyif, niyə ölmədim, varlığımı bağışla.. Ürəyim bu əzaba necə dözdü bilmirəm, Oxuyuram özümə düşmanlıq nəğmələri. Mürəkkəbim də qandı, qələm viran, mən viran, Sənə xatirəm olsun peşmanlıq nəğmələri.. • Nail Zeyniyev/ Peşmanlıq Nəğmələri.. @nailzeyniyev1 #poeziya

❤15👏4👍3💔1
August 18, 2026 3.3K 1 8