Gəl görüm... gəl görüm... gəl görüm səni, necə darıxmışam bir qılıq… — PDF kitablar — TG.ME

Gəl görüm... gəl görüm... gəl görüm səni, necə darıxmışam bir qılıq üçün. Sonra evinizə ötürrəm səni, qurbanın olaram yaxşılıq üçün. Yollar naxışlansın ayaq izindən, Yüz günün sevinci bir gündə olsun. Bəzi adamların qaçım gözündən təki sənin gözün üstümdə olsun. Xətrimə dəyiblər yenə, qadası, xətrim, bilirsənmi, sığal istəyir. Mənim ürəyimdə ilham ağrısı, ilhamsız kəslərdən macal istəyir. Qulaq as efirdən gələn bir səsə: “Səadət hər kəsin öz əlindədir”. Səadət hər kəsin öz əlindəsə, bizim çəkdiyimiz iztirab nədir? Deyirlər, dağ çapar insan istəsə, həyatın əzəli qanunu budur. Biz ki, istəyirik, amma nə isə həyatda yenə də biz deyən olmur Gəl görüm... gəl görüm... gəl görüm səni, necə darıxmışam bir qılıq üçün sonra evinizə ötürrəm səni, Səni görməliyəm yaşamaq üçün. #şeir #poeziya

❤23👍6🥰2🕊2👏1👀1
August 3, 2026 6.4K 11