Yarım əsrdən çoxdur ki, sənətdə külüng vuran Flora xanım bu illər… — PDF kitablar — TG.ME

Yarım əsrdən çoxdur ki, sənətdə külüng vuran Flora xanım bu illər ərzində təkcə sənətçi kimliyi ilə yox, həm də vətəndaş mövqeyi ilə hər kəsdən seçilib. Dönməz əqidə sahibi olduğu üçün illərlə təqiblərə məruz qalıb, adı qara siyahıların birinci sırasında gəlib, arxivləri yandırılıb, məhv edilib. Buna baxmayaraq, günümüzdə “Qızıl Fond”da olan əsərlərin çox hissəsi məhz Flora Kərimovanın adı ilə bağlıdır. Biz bu səsdə sevmişik, ayrılıq həsrəti yaşamışıq, vüsal şərbəti dadmışıq, qürbətə gedən məhəbbətin arxasınca baxıb eşqimizin dəyərini sorğulamışıq, bəzən cəsarətimizi toplayıb “bağışla” demişik, bəzənsə “ver mənim eşqimi” deyib üsyan etmişik. “Sevgisiz ömürdənsə, sevgidən ölmək gözəl” fikri isə bizə şama can atan pərvanə cəsarəti verib. Amma bütün yolların sonunda “bahar gələcək yenə” fikri qəlbimizə hərarət gətirib. Flora Kərimovanın səsində həmişə bahar var, ümid var, işıq var. Flora Kərimova - "Axtar Sən Məni" Sözləri : Nəbi Xəzri Musiqisi : Emin Sabitoğlu #musiqi

❤16👏5🔥2🥰1👀1
July 25, 2026 5.6K 2 2