Azərbaycanın unudulmaz sənətkarı Həsən Əblucun o məxməri, ruhu… — PDF kitablar — TG.ME

Azərbaycanın unudulmaz sənətkarı Həsən Əblucun o məxməri, ruhu titrədən səsi ilə yadddaşlara köçən, dahi şair Bəxtiyar Vahabzadənin qələmindən süzülən əbədi sevgi fəryadı: “Mən özüm-özümə unut dedikcə, özümü unudub tapıram səni...” Bu misralar, insanın ağlı ilə qəlbi arasında qaldığı o ən çarəsiz, ən amansız müharibənin təsviridir. Şair bizə pıçıldayır ki, insan bəzən iradəsi ilə hər şeyi silib atmaq, unutmaq istəyir. Amma eşq elə bir sirli qüvvədir ki, onu beyində, xəyalda məğlub etmək getsə də, qəlbin dərinliyindən söküb atmaq olmur. Unutmaq üçün atılan hər addım, əslində o insana doğru qaçmaqdır. Qəzəbin seli, incikliyin fırtınası belə o daxili odun qarşısında aciz qalır... İnsanın kimisə unutmağa çalışarkən öz varlığını, öz kimliyini itirib yenə də hər zərrəsində o insanı tapmasından daha böyük bir təslimiyyət ola bilərmi? Retro poeziyamızın bu səmimi sevgisi hər dinləyəndə insanın içini sızladır... #şeir

❤21👍2👎1🥰1
July 17, 2026 6.1K 2 7