Leyləklərin çöp yuvası boş qalıb, Bahar gedib,payız gəlib,qış qalıb... Göy çəməndə ocaq yanıb, daş qalıb, Bu dünyanın qara daşı göyərməz... Nə bu ocaq közərəsi, sönəsi, Nə o günlər bir də geri dönəsi... Qəm eləmə könlümün bir dənəsi, Bu dünyanın qara daşı göyərməz.. Ot göyərdib o cığırım, o izim, Tufanlanıb çalxalanmaz dənizim, Daha məndən sevgi umma əzizim, Bu dünyanın qara daşı göyərməz... Araz boyu çox mənalar sezmişəm, Elə bilmə əllərimi üzmüşəm, Ürəyimə daş bağlayıb dözmüşəm, Bu dünyanın qara daşı göyərməz... İki əfsanəvi şəxsiyyətin vəhdəti ancaq bu cür gözəl ola bilərdi.... Musa Yaqub ✍🏼 və Həsən Əbluc 🎙️
18
14
5
3
2June 25, 2026 8.5K 8