📌 سیز ده الفبا ماهنیلاری ایستهییرسینیزسه، یازین:
@Oxucan_1
G hərfinin mahnısı✳️ @Oxucan
Baxdım göyün üzünə,
Günəş güldü üzümə,
Durdum göyçək geyindim,
Getdim çölün düzünə,
Gözəl rəngli güllərdən,
Toxudum bircə çələng,
Taxdım onu telimə,
Göyçək bir gəlincik tək.
G səsi var "gülmək"də,
G səsi "gizlənməkdə".
Gəl gizlənpaç oynayaq,
Mən gizlənim, sən gəl tap!
"Alma" desən gələrəm,
"Heyva" desən gəlmərəm.




