Bax, belələrinə nə deyəsən, edəsən? 🫣🤦🏻‍♂️ Valideynlər… — SALEH▪️NASIROV — TG.ME

Bax, belələrinə nə deyəsən, edəsən? 🫣🤦🏻‍♂️
Valideynlər məsuliyyətə, uşaqlar, ailə nəzarətə götürülsün.
YENİLƏNİB: DİN-in Mətbuat Xidmətindən bildirilib ki, paytaxt ərazisində nəqliyyat axının intensiv olduğu yolda təhlükəli hərəkətlər edərək həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi risk yaradan azyaşlılar polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Hər iki azyaşlı valideynləri ilə birlikdə Xətai Rayon Polis İdarəsinə dəvət olunaraq onlarla profilaktik iş aparılıb, yol hərəkəti və təhlükəsizlik qaydalarına riayət etmələrinin vacibliyi izah edilib. Eyni zamanda azyaşlıların həyat və sağlamlığının qorunması, onların təhlükəli davranışlardan çəkindirilməsi və bu kimi halların təkrarlanmaması məqsədilə valideynlərlə müvafiq maarifləndirici söhbətlər aparılıb. Övladlarının davranışlarına nəzarəti artırmalı olduqları onların diqqətinə çatdırılıb.
🤬69😡11👍5❤3
August 19, 2026 6.6K 35 8