Amerikalı aktrisa Syuzan Sarandon Nyu-Yorkda BMT-nin Baş Qərargahı… — Mitofilm — TG.ME

Amerikalı aktrisa Syuzan Sarandon Nyu-Yorkda BMT-nin Baş Qərargahı yaxınlığında keçirilən Fələstinə dəstək aksiyası zamanı saxlanılıb.

Aksiya sentyabrın 24-də İsrailin Baş naziri Binyamin Netanyahunun BMT Baş Assambleyasında çıxışı fonunda baş tutub.

Reuters agentliyinin məlumatına görə, Syuzan Sarandon polis tərəfindən saxlanılan ən azı 30 nəfər arasında olub. Onların arasında “Hiylələr” (Hacks) serialı ilə tanınan aktrisa Hanna Einbinder də olub.

Aksiya iştirakçıları İsrailin Qəzza sektorundakı əməliyyatlarına etiraz edib və İsrailə silah tədarükünün dayandırılmasını tələb ediblər. Ağ köynəklər geyinmiş nümayişçilərin üzərində “Fund people, not bombs” (“Bombaları deyil, insanları maliyyələşdirin”) və “Free Palestine” (“Fələstinə azadlıq”) yazıları olub. Onlar BMT yaxınlığındakı küçələrdən birində nəqliyyatın hərəkətini bağlayıblar.

Polisin yolu boşaltmaq tələbindən sonra ərazidə qalan etirazçılar saxlanılıblar.

Syuzan Sarandon daha əvvəl də Fələstinə dəstəyini açıq şəkildə ifadə edib. Aktrisa sentyabr ayında siyasi çıxışlarının peşəkar nəticələri barədə danışaraq, bu fikirlərinə görə bir neçə rolunu itirdiyini bildirib.
❤5🔥2👏1🤬1
September 25, 2026 1.5K