2003-cü ilin romantik komediyası “10 günə oğlandan necə qurtulmalı” filminin davamı çəkiləcək.
Paramount şirkəti Metyu Makkonahi və Keyt Hadsonu yenidən öz rollarına qaytarmağı planlaşdırır. Keyt Hadson eyni zamanda davam filminin prodüseri olacaq.
“10 günə oğlandan necə qurtulmalı” filmi Endi və Benin romantik münasibətindən bəhs edir. Ben mərcə girərək 10 gün ərzində bir qızı özünə aşiq etməyə çalışır, Endi isə eyni müddət ərzində onun özündən ayrılmasına nail olmağa çalışır.

6August 25, 2026 2.6K