Yenə başımdakı bu sevda nədir? Qəlbimi oynadan bu xülya nədir? Könül… — Kitaplar Mir.az — TG.ME

Yenə başımdakı bu sevda nədir?
Qəlbimi oynadan bu xülya nədir?
Könül dedikləri yaz otağımda,
Bu rəng, bu rayihə, bu ziya nədir?
Bir parça köksümdə bu qoca dünya,
Bir ovuc qəlbimdə bu dərya nədir?
Nədir bu təntənə, nədir bu vüsət?
Bu göy, bu ildırım, bu zəka nədir?..



Mikayıl Müşfiq
August 31, 2026 382 1