Müşfiqin Dilbərin hörüklərinə yazdığı şeir 1931-ci ildə Müşfiq Dilbəri ilk dəfə APİ-də keçirilən buraxılış gecəsində görür. İlk görüşdən sonra Dilbərin uzun hörükləri onun yadında qalır.
Bir müddət sonra Müşfiq Dilbərin rəfiqəsi Pirayə ilə qarşılaşır və onun Dilbərin yanından gəldiyini öyrənir.
Soruşur: — Dilbər nə edirdi? Pirayə deyir ki, yatmağa hazırlaşırdı. Müşfiq isə ondan qəribə bir xahiş edir: “Get, onlara bax gör, onun hörükləri yorğanın altındadırsa, onları çıxarıb yorğanın üstünə qoy.” Amma əhvalat bununla bitmir. Müşfiq həmin ilk görüşün təəssüratı ilə Dilbərin hörüklərinə həsr olunmuş iki şeir yazır. Dilbər bunu illər sonra öz xatirələrində danışır. Sonra bu tanışlıq sevgiyə çevrilir.
Onlar 1932-ci ildə nişanlanır, 1933-cü ildə evlənirlər. Bu əhvalatın ən gözəl tərəfi məncə budur: Müşfiq Dilbərin özündən əvvəl onun saçlarını, daha doğrusu, həmin hörüklərin yaratdığı təəssüratı şeirə çevirib. 🤍
August 29, 2026 648 2