Hörmətli həmvətənlər!
Sizi Ramazan Bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirik.
Bu mübarək günlər birlik, mərhəmət və paylaşmaq kimi ali dəyərləri tərənnüm edərək cəmiyyətimizə daha çox sevgi, həmrəylik və firavanlıq bəxş edir.
Müqəddəs ayda şəhidlərimizin ölməz xatirəsini ehtiramla yad edir, dualarınızın Tanrı dərgahında qəbul olunmasını diləyir, süfrələrinizə bərəkət, ailələrinizə səadət, ölkəmizə əmin-amanlıq arzulayırıq.
Azərbaycan sərhədçisi olaraq vətəninin keşiyində daim ayıq-sayıq dayanır, xalqımızın təhlükəsizliyi naminə xidmət etməkdən qürur duyuruq.
Bayramınız mübarək!

1March 30, 2025 1.4K