🚌 5 avtobus marşrutu “brutto müqavilə” sisteminə keçib
İlk mərhələdə 130, 205, 211, 500 və 503 nömrəli marşrutlar sistemə qoşulub.
Yeni modelə əsasən, daşıyıcılara sərnişin sayına görə deyil, qət edilən məsafə və xidmətin keyfiyyətinə görə ödəniş ediləcək.
Bu, sərnişin sayının az olduğu saatlarda, o cümlədən axşam vaxtlarında da avtobusların qrafik üzrə işləməsinə imkan verəcək.
Sistem digər marşrutlarda da mərhələli şəkildə tətbiq olunacaq.
September 2, 2026 1.4K 1 1