⚡️ Bakıda intihar kimi təqdim edilən hadisənin qətl olduğu məlum olub
Sabunçu rayonunda 46 yaşlı Nail Syubayevin evində boğaz nahiyəsindən bıçaq xəsarəti alaraq özünü öldürdüyü barədə polisə məlumat daxil olub.
Araşdırma zamanı kişinin əslində həyat yoldaşı Alfina Azizova tərəfindən münaqişə zəminində bıçaqlanaraq öldürüldüyü müəyyən edilib.
Qadın polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma davam etdirilir.
August 24, 2026 2.3K