Süni intellekt xəstələrə dərman təyin etməyə başladı ABŞ-nin Yuta… — Insanoid — TG.ME

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında süni intellekt vasitəsilə sızanaqların müalicəsi üçün yeni proqram istifadəyə verilib. Tətbiq istifadəçinin sağlamlıqla bağlı suallarına verdiyi cavabları və üzünün 5 fotosunu təhlil edərək cəmi 10–15 dəqiqəyə müalicə planı hazırlayır və uyğun hallarda resept verir.

İlk mərhələdə reseptlər iki lisenziyalı həkim tərəfindən də yoxlanılacaq. Ağır hallarda isə xəstələr həkimə yönləndiriləcək.

Mütəxəssislər bu texnologiyanın müalicəni asanlaşdıra biləcəyini, lakin dərmanların yan təsirləri və digər preparatlarla qarşılıqlı təsiri səbəbindən risklərin də olduğunu bildirirlər.

@insanoidcom
October 18, 2026 754