ABŞ Nidal Həsənin edamını canlı yayımlamağı planlaşdırır ABŞ-də…

❕🇺🇸🔴ABŞ Nidal Həsənin edamını canlı yayımlamağı planlaşdırır

ABŞ-də 2009-cu ildə Fort Hud hərbi bazasında 13 nəfəri öldürməkdə təqsirli bilinən keçmiş hərbi psixiatr Nidal Malik Həsənin edamının canlı yayımlanacağı açıqlanıb.

Edamın dekabrın 3-də, yerli vaxtla saat 13:00-da Texas ştatındakı Fort Hud hərbi bazasında güllələnmə yolu ilə həyata keçirilməsi planlaşdırılır. ABŞ müdafiə naziri Pit Heqset bildirib ki, ictimaiyyət edamı izləyə biləcək. Pentaqon da yayımın canlı həyata keçiriləcəyini təsdiqləyib.

ABŞ ordusunun mayoru olmuş Həsən 2009-cu il noyabrın 5-də hərbi bazanın tibb mərkəzində atəş açaraq 13 nəfəri öldürüb, 32 nəfəri yaralayıb. O, 2013-cü ilin avqustunda ölüm hökmünə məhkum edilib. ABŞ Prezidenti Donald Tramp bu yaxınlarda hökmün güllələnmə yolu ilə icrasına razılıq verib.

Edam həyata keçirilərsə, bu, ABŞ ordusunda 1961-ci ildən bəri ilk edam, güllələnmə üsulu ilə isə 1945-ci ildən bəri ilk belə cəza olacaq. ABŞ-də sonuncu ictimai edam 1936-cı ildə baş tutub.

Edamın canlı yayımlanması qərarı hüquqi və etik müzakirələrə səbəb olub. Hüquqşünaslar bu addımın edam cəzasının icrası ilə bağlı ciddi suallar doğurduğunu bildirirlər. Həsənin hüquqi müraciətləri edamın təxirə salınmasına da səbəb ola bilər.

@insanoidcom
👍3👎2
October 9, 2026 472