Ermənistan Rusiya ilə dəmir yollarına dair sazişi ləğv edə bilər… — Insanoid — TG.ME

‼️Ermənistan Rusiya ilə dəmir yollarına dair sazişi ləğv edə bilər

Ermənistan Rusiya ilə dəmir yollarının konsessiya əsasında idarə olunmasına dair sazişi ləğv edə bilər.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, İrəvanın bunun üçün hüquqi əsasları və zəruri vasitələri var, lakin hazırda hakimiyyət bu addımı atmaq istəmir.

Paşinyan qeyd edib ki, sazişin ləğvi əvəzinə konsessiyanın həm İrəvan, həm də Moskva üçün məqbul olan üçüncü tərəfə verilməsi təklif olunur.

@insanoidcom
👀3🤔1
October 7, 2026 652