Azərbaycanda neft hasilatı ilə bağlı proqnoz artırıldı ABŞ Enerji… — Insanoid — TG.ME

Azərbaycanda neft hasilatı ilə bağlı proqnoz artırıldı

ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) 2027-ci ildə Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu yüksəldib.

Qurumun oktyabr hesabatına əsasən, gələn il Azərbaycanda orta gündəlik neft hasilatının 530 min barel olacağı gözlənilir. Bu, sentyabrda açıqlanan proqnozdan 10 min barel çoxdur.

Proqnoza görə, 2027-ci ilin birinci rübündə gündəlik hasilat 540 min, ikinci rübdə 530 min, üçüncü və dördüncü rüblərdə isə 520 min barel təşkil edəcək.

EIA bütün rüblər üzrə əvvəlki proqnozunu gündəlik 10 min barel artırıb.

@insanoidcom
👍2❤1😐1
October 6, 2026 554