"Khaleej Times" nəşrinin məlumatına görə, aviaşirkət 12 marşrut üzrə həftədə ümumilikdə 49 reys həyata keçirməyi planlaşdırır. Uçuşların əksəriyyəti oktyabrın 25–27-nə nəzərdə tutulub, Romadan və Milandan Ciddəyə reyslər isə artıq sentyabrın 7-də, Budapeştdən Əmmana uçuşlar isə sentyabrın 22-dən başlayıb.
Marşrut istiqamətləri:
BƏƏ-yə: Budapeşt, Kluj-Napoka, Krakov, Katovice, Sofiya və Larnakadan Əbu-Dabiyə, həmçinin Budapeşt və Buxarestdən Dubaya (DXB) mütəmadi reyslər.
Səudiyyə Ərəbistanına: Budapeşt, Roma (FCO) və Milandan (MXP) Ciddə şəhərinə.
İordaniyaya: Budapeştdən Əmmana.
Aviakompaniya bu qərarın Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) tövsiyələrinin yenidən baxılmasından sonra verildiyini bildirib. Yenilənmiş qaydalar kifayət qədər risklərin azaldılması tədbirləri görüldüyü təqdirdə Körfəz ölkələrinin hava limanlarına uçuşlara icazə verir.
@insanoidcom



