❕💤🛏😴Yatmaqla 24 626 min manat qazanacaqlar: Yaponiyada qeyri-adi yarışma
Yaponiyada yuxusuzluq probleminə diqqət çəkmək üçün yuxu yarışması təşkil olunacaq.
Tokioda qeyri-adi yuxu yarışması keçiriləcək – iştirakçılar eyni vaxtda 90 dəqiqə yatacaqlar, qalib isə xüsusi "yuxu indeksi" ilə müəyyən ediləcək. Bu indeks sensorlardan əldə olunan məlumatlara – yuxunun dərinliyi və keyfiyyəti, yuxuya getmə sürəti və yuxunun sabitliyinə əsasən hesablanacaq. Baş mükafat 2,22 milyon yen (təxminən 24 626 manat) təşkil edir, həmçinin "Dərin yuxu mükafatı" və "Akrobatik çevrilmə" kimi xüsusi nominasiyalar da nəzərdə tutulub.
Tədbir 5 oktyabr 2026-cı il tarixində baş tutacaq. Hər birində təxminən 20 nəfər olmaqla ümumilikdə üç mərhələ planlaşdırılır, iştirak ödənişsizdir, müraciətlər isə 4-16 sentyabr tarixləri arasında qəbul edilir. Təşkilatçılar orta yuxu müddətinin ən aşağı göstəricilərdən biri olduğu Yaponiyada yuxusuzluq probleminə diqqət çəkmək istəyirlər.
@insanoidcom

1
1
1September 9, 2026 248