Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçiriləcək Forumda… — Insanoid — TG.ME

🇦🇿 Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçiriləcək

Forumda Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar iştirak iştirak edəcəklər.

Forumda iki qardaş ölkənin İşçi Qruplarının iclaslarının fəaliyyətləri, karbohidrogen və neft-kimya, bərpa olunan enerji, enerji səmərəliliyi, tənzimləmə, mədənçilik və digər istiqamətlər üzrə müzakirələrin aparılması nəzərdə tutulur. Həmçinin, ötən illər ərzində görülən işlər, əldə olunan nailiyyətlər və qarşıda duran məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, Azərbaycan-Türkiyə 4-cü Enerji Forumu ötən ilin sentyabr ayında Türkiyənin İzmir şəhərində baş tutub.

@insanoidcom
👍1🤔1👀1
September 9, 2026 203