Bu ərazilərdə işıq olmayacaq – sakinlərin NƏZƏRİNƏ Sentyabrın 9-da… — Insanoid — TG.ME

💡Bu ərazilərdə işıq olmayacaq – sakinlərin NƏZƏRİNƏ

Sentyabrın 9-da Bakının Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

“Azərişıq” ASC-nin məlumatına görə, elektrik şəbəkəsində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Arif Mehdiyev, Mirəli Seyidov küçələri və Yeni Yasamal-2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin ərazilərin elektrik enerjisi ilə təchizatı bərpa ediləcək.

@insanoidcom
👎1
September 8, 2026 249