Şəkidə kanat qırıldı: 2 nəfər ölüb - YENİLƏNİB "Şəki Yaylası"… — Insanoid — TG.ME

Insanoid‼️Şəkidə kanat qırıldı: 2 nəfər ölüb Şəkinin Baş Kəldək kəndində yerləşən “Şəki Yaylası” istirahət mərkəzində kanat qırılıb. Hadisə nəticəsində yüksəklikdən düşən 2 kişi həyatını itirib. Təcili tibbi yardım briqadası onların həkiməqədər ölüm faktını qeydə…
🔴 Şəkidə kanat qırıldı: 2 nəfər ölüb - YENİLƏNİB

 "Şəki Yaylası" istirahət mərkəzindən sentyabrın 8-i saat 14:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb

Bu barədə TƏBİB-dən bildirilib.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 kişinin həkiməqədər ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, bu gün günorta saatlarında Şəki rayonunun Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" istirahət mərkəzində kanat qırılıb. Nəticədə 2 nəfər yüksəklikdən düşərək həyatını itirib. Ölənlərdən biri Qax rayon Zərnə kənd sakini, 1996-cı il təvəllüdlü Coşqun Ceyhun oğlu Məmmədovdur. Onun Bakıdan Şəkiyə istirahət məqsədilə gəldiyi bildirilir.

@insanoidcom
😱2😐1
September 8, 2026 828