8 ildir axtarışda olan oğru İstanbulda qadın paltarında yaxalandı… — Insanoid — TG.ME

🚨🇹🇷🚨 8 ildir axtarışda olan oğru İstanbulda qadın paltarında yaxalandı

İnsanoid.com xəbər verir ki, Samsunda törətdiyi cinayətə görə barəsində məhkəmənin hökmü olan və 2018-ci ildən bəri fərari kimi axtarılan Tuğrul B. İstanbulun Kadıköy rayonunda ələ keçirilib. Polisin texniki və fiziki izləmələri nəticəsində şübhəlinin illərdir məhz qadın paltarı geyinərək və tanınmamaq üçün bu üsuldan istifadə edərək izini itirdiyi müəyyən edilib.

İstanbul Asayiş Şöbə Müdirliyinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılan şəxsin üzərində bacısına məxsus şəxsiyyət vəsiqəsi aşkar olunub. Həm barəsindəki ilkin hökmün icrası, həm də "başqasına məxsus şəxsiyyət məlumatlarından istifadə etmək" əlavə maddəsi ilə bağlı məhkəməyə cəlb edilməsi üçün Kadıköy Polis Məntəqəsinə təhvil verilib.

@insanoidcom
😁3❤1👍1🤣1
September 8, 2026 510