🇮🇷Həyat yoldaşını itirdi, bir daha evlənmədi, səfərlərə qızı ilə gedir
İran Prezidenti Məsud Pezeşkianın Bişkekdə keçirilən tədbirlərdə qızı Zəhra ilə birlikdə görünməsi onun ailəsində illər əvvəl baş verən faciəni yenidən gündəmə gətirib.
Pezeşkian 1994-cü ildə baş verən yol qəzasında həyat yoldaşını və kiçik oğlunu itirdikdən sonra bir daha ailə qurmayıb, üç övladını təkbaşına böyüdüb.
Seçki kampaniyasından bəri atasını bütün rəsmi tədbirlərdə və beynəlxalq səfərlərdə müşayiət edən qızı Zəhra onun həyatında xüsusi yer tutur. Bişkekdəki son görüntülər də prezidentin 32 il əvvəl yaşadığı itkini və qızı ilə olan sıx mənəvi bağını bir daha xatırladıb.
@insanoidcom

4
2
1
1September 8, 2026 338 2