🦈Özbəkistan sakini çoxmərtəbəli binanın zirzəmisində köpəkbalığı yetişdirib
Fərqanə vilayətinin (Özbəkistan) sakini çoxmənzilli binanın zirzəmisində hovuz quraşdırıb və orada balıq, o cümlədən köpəkbalığı yetişdirib.
Məlum olub ki, mənzillərdən birinin sahibi müəyyən edilmiş tələbləri pozaraq zirzəmini zəbt edib, həmçinin içməli sudan özbaşına istifadə edib.
Həmin şəxs cərimələnib və 15 gün ərzində zirzəmini boşaltmağa, hovuzu sökməyə və sahəni əvvəlki vəziyyətinə qaytarmağa məcbur edilib.
Sudan qanunsuz istifadə faktı üzrə də protokol tərtib edilib.
@insanoidcom
1
1
1September 4, 2026 469 1
