Volkswagen AG-nin Müşahidə Şurası tərəfindən təsdiqlənən "Gələcək Planı 2030" çərçivəsində təxminən 50 min iş yeri (ştatın 8%-i) ixtisar olunacaq. İxtisarların təxminən yarısı Almaniyadakı bölmələrin payına düşəcək.
Şirkət 2035-ci ilə qədər model sırasını yarıya qədər daraltmağı, Avropadakı artıq istehsal güclərini optimizasiya etməyi planlaşdırır. Həmçinin 2027-ci ildən 2031-ci ilə qədər kapital xərcləri, tədqiqat və inkişaf (R&D) işləri üçün 135 milyard avro ayrılacaq ki, bu da əvvəlki illə müqayisədə 16% azdır.
Rəhbərlik bu addımları Çində satışların azalması, Almaniyadakı yüksək xərclər və zavodların qeyri-səmərəli istifadəsi ilə əlaqələndirir. Yenidənqurmanın əsas məqsədi ildə təxminən 9 milyon avtomobil satmaqdır.
Hazırda zavodların dərhal bağlanması nəzərdə tutulmur və 2030-cu ilin sonuna qədər məcburi işdənçıxarmaların olmayacağı bildirilir.
@insanoidcom


