Bu gün səhər saatlarında Xırdalan şəhərində baş verən yanğın… — Insanoid — TG.ME

Insanoid🔥🔥🔥Xırdalan şəhərində yanğın var. Yanğının Heydər parkı yaxınlığındakı obyektdə baş verdiyi bildirilir. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və polis əməkdaşları cəlb olunublar. @insanoidcom
🔥🔥Bu gün səhər saatlarında Xırdalan şəhərində baş verən yanğın söndürülüb.

Məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən verilib.

"Nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektdə baş vermiş yanğın qısa müddətdə söndürülüb", - deyə məlumatda bildirilib.

@insanoidcom
🔥1🤯1🙏1
September 4, 2026 428