Tomson Reuters (Reuters-in sahibi) məhkəmə işlərinin idarə edilməsi… — Insanoid — TG.ME

🗞💻 Tomson Reuters (Reuters-in sahibi) məhkəmə işlərinin idarə edilməsi üçün istifadə olunan "C-Track" platformasında kibertəhlükəsizlik insidentinin baş verdiyini təsdiqləyib.

İyunun 30-da aşkar edilən pozuntu ABŞ-nin 11 ştatını (Alabama, Pensilvaniya, Kentuki, Montana, Nevada, Şimali Dakota, Cənubi Karolina, Tennessi, Ohayo, Nyu-Hempşir, Vayominq), ABŞ Vircin adalarını və Kanadanı (Ontario) əhatə edib.

Şirkətin araşdırmasına əsasən, kənar şəxslər mart ayında bəzi platforma fayllarına və məhkəmə qeydlərinə (adlar və şəxsi məlumatlar daxil olmaqla) icazəsiz giriş əldə ediblər.

Tomson Reuters təhlükəsizlik tədbirlərinin gücləndirildiyini, hüquq-mühafizə orqanlarının məlumatlandırıldığını və sistemlərin işlək vəziyyətdə qaldığını açıqlayıb. Eyni zamanda, zərərçəkənlər üçün məlumat mərkəzləri yaradılıb.

@insanoidcom
👍1🙏1👀1
September 3, 2026 396