İspaniyanın şimali Afrika bölgəsindəki Seuta anklavında son aylarda qeyri-qanuni miqrantların kütləvi axını və hökumətin böhranın idarə edilməsindəki siyasəti ölkə miqyasında sərt narazılıq doğurub. Mühafizəkar qüvvələrin və yerli əhalinin təşkil etdiyi etirazlarda hökumətin fəaliyyətsizliyi tənqid olunub.
Parlament (Deputatlar Konqresi) binası yaxınlığında toplaşan radikal qruplar ilə hüquq-mühafizə orqanları arasında gərginlik yaşanıb. Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. İğtişaşlar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları xəsarət alıb, bir neçə fəal isə saxlanılıb.
@insanoidcom


