Apple" ABŞ-dəki istifadəçilər üçün "Apple Maps" tətbiqində Ontario… — Insanoid — TG.ME

Insanoid❕🇺🇸 ABŞ daxili işlər naziri Duqlas Berqamın sözlərinə görə, Donald Tramp ABŞ xəritələrində Ontario gölünün adının "Amerika gölü" (Lake America) olaraq dəyişdirilməsi məqsədilə "GOOGLE" şirkətilə birbaşa əlaqə saxlayıb Xatırladaq ki, ABŞ prezidentinin imzaladığı…
📱"Apple" ABŞ-dəki istifadəçilər üçün "Apple Maps" tətbiqində Ontario gölünün adını ABŞ Prezidenti Donald Trampın sərəncamından sonra "Lake America" (Amerika gölü) olaraq dəyişdirib.

Trampın rəsmi sərəncamından və ABŞ rəsmilərinin şirkətlə birbaşa əlaqəsindən sonra həyata keçirilən bu addım, ABŞ və Kanada arasında sərtləşən ticarət müharibəsi və gömrük rüsumları fonuna təsadüf edir.

"Google" da oxşar addımı bir neçə gün əvvəl ataraq xəritələrində adı yeniləmişdi: dəyişiklik yalnız ABŞ daxilindəki istifadəçilərə şamil olunur, Kanadada isə göl əvvəlki kimi "Lake Ontario" olaraq qalır.

@insanoidcom
September 2, 2026 492