Mövlud — bəşəriyyətin əxlaqi və mənəvi oyanış günüdür.* Peyğəmbərin… — 🕊️ Hacı Şahinlə Bir Addım🕊️ — TG.ME

*Mövlud — bəşəriyyətin əxlaqi və mənəvi oyanış günüdür.*

Peyğəmbərin (s) gəlişi dünyaya sadəcə yeni bir təqvim günü qazandırmadı; o, cəhalətin basdırdığı insanlıq dəyərlərini — ədaləti, mərhəməti, dürüstliyi və fədakarlığı yenidən ayağa qaldırdı.

Bu günün əsl mahiyyəti sadəcə tarixi bir hadisəni yad etmək deyil. Əsl mahiyyət — onun gətirdiyi prinsipləri, insanlara bəxş etdiyi o uca əxlaqı bu gün öz daxilimizdə, ailəmizdə və cəmiyyətimizdə nə dərəcədə yaşada bildiyimizi sorğulamaqdır. İnsanlıq bəşəriyyətin xilaskarının göstərdiyi mənəvi yolla gedərək qaranlıqdan xilas ola bilər.

_(Qurani-Kərim, Qələm surəsi, 4-cü ayə:)_
*"Həqiqətən, sən böyük bir əxlaq sahibisən!"*
August 30, 2026 99