Zabit Magomedsharipov: Açıq desəm, heç nə üçün darıxmıram. Kəmər evdə… — Fighting.az — TG.ME

Zabit Magomedsharipov: Açıq desəm, heç nə üçün darıxmıram. Kəmər evdə olsaydı belə, həyatımda nəyisə dəyişərdimi? Düşünmürəm. Başlanğıcda peşəkar olmaq və bir peşəkar döyüşə çıxmaq kimi məqsədim var idi. Bunu bacardım və möhtəşəm hiss etdim. Sonra ABŞ-yə getmək istədim. UFC mənimlə müqavilə bağlayanda bunun dünyalara dəyəcəyini düşünürdüm və elə də oldu, qalib gəlməyə davam etdim. UFC çempionu olmaq istəyirdim, amma buna imkan vermədilər. Sadəcə qarşıma maneələr çıxarıb vaxt qazanmağa çalışdılar, döyüşməyimə şərait yaratmadılar. Buna baxmayaraq, idmanı tərk etdiyim və ya titul qazanmadığım üçün peşman deyiləm. İndi isə yeni hədəfim var: ACBJJ çempionu olmaq.

August 29, 2026 2.5K 15 2