Fayda: post #3189 — TG.ME

Hər il balaca oğlanın valideynləri onu yay tətili üçün nənəsinin evinə aparırdılar və iki həftədən sonra eyni qatarla evlərinə qayıdırdılar. Bir gün oğlan valideynlərinə deyir: -" Artıq böyümüşəm, nə olar bu il nənəgilə tək gedim??? " Qısa bir müzakirədən sonra valideynlər razılaşırlar. Qatar stansiyasında dayanıb oğlanla sağollaşarkən ona pəncərədən son bir ipucu (məsləhət) verirlər və oğlan təkrar cavab verir: " Bilirəm, bunu mənə çox demisiniz ...! " Qatar yola düşmək üzrə ikən ata pıçıldayır: "Oğlum, birdən özünü pis hiss etsən və ya qorxsan, bu sənin üçündür! ...... " Və cibinə bir şey qoyur. Balaca oğlan ilk dəfə valideynləri olmadan tək qatarda oturur ... Pəncərədən mənzərələrə baxır .. Ətrafında yad adamlar tələsir, səs-küy salır, kupeyə girib çıxır, oğlan artıq çox tək olduğunu hiss edir .. Bir nəfər ona hətta kədərli bir baxışlarla baxır... Bundan sonra oğlan özünü daha çox narahat hiss edir ... Qorxmağa başlayır. Başını aşağı salır, oturacağın bir küncündə sıxılır, gözlərindən yaş axır. Bu zaman atasının cibinə bir şey qoyduğunu xatırlayır. Titrəyən əli ilə bu kağızı açmağa çalışır, açır . Ata yazmışdı : - "Oğlum, narahat olma, mən növbəti kupedəyəm ... " Həyat da belədir ... Allah bizi bu dünyaya təkbaşımıza göndərərkən bir məktub da vermişdir: "Kədərlənmə, ALLAH bizimlədir " ( Tövbə surəsi 40) Buna görə də təlaşlanmayın, depressiyaya düşməyin, bu yalnız fiziki və zehni sağlamlığınıza təsir edəcək .. Ona etibar edin, Ona inanın, Rəbbimiz hər zaman, hər yerdə bizimlədir, bütün səyahətimiz boyunca... Sadəcə olaraq Onu çağırın, Ona sığının! 📮𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 | t.me/ffayda

❤22👍9💔1
April 18, 2026 1.9K 15