✍️ Sufyan əs-Səvri Abbad ibn Abbada müraciətlə yazır:
«Sən elə bir zamanda yaşayırsan ki, Peyğəmbərin ﷺ səhabələri belə bir dövrə yetişməmək üçün Allaha dua edirdilər. Onların bizim sahib olmadığımız elmləri və onların arxasında bizim sahib olmadığımız nailiyyətləri var idi. Bəs bizim halımız, hansı ki bu dövrə az elm, az səbir, xeyir işlərdə az sayda dəstək ilə, insanların fəsada uğradığı və dünya həyatının çirkaba bulandığı bir zamanda yetişdiyimiz halda, necə olacaq?
Sələflərin yolundan möhkəm yapış. Təvazökar olmağa və gözə görünməməyə çalış. Çünki bu, elə bir dövrdür ki, insan gözə görünməz qalmalıdır. Tənhalığa üstünlük ver və insanlarla az ünsiyyətdə ol. Əvvəllər insanlar bir-biri ilə görüşdükdə bir-birlərinə fayda verirdilər. Amma bu artıq yoxa çıxıb. Bizə görə, qurtuluş insanları tərk etməkdədir.
Sənə: “Hökmdarın yanında şəfaət et, zülmə məruz qalanı müdafiə et və ya haqsız yerə alınmış bir şeyi geri qaytar”, — deyildikdə, bunlara aldanmaqdan çəkin. Həqiqətən, bu, İblisin aldatmasıdır. Günahkar alimlər isə bunu (öz məqsədlərinə çatmaq üçün) bir pilləkənə çeviriblər.
Necə deyiblər: “Cahil abidin və günahkar alimin fitnəsindən çəkinin. Çünki onların fitnəsi sınağa çəkilən hər kəs üçün belə bir imtahandır.”
Qarşına çıxan dini məsələləri və verdiyin dini hökmləri insanlara fayda vermək üçün bir fürsət bil və bu məsələdə insanlarla rəqabət aparma.
Sözlərinin icra olunmasını, sözlərinin yayılmasını və insanların sənin sözlərinə qulaq asmasını sevən birisi olmaqdan çəkin. Əgər (insanlar) artıq bunu etməsələr, bunun səni narahat etdiyi və qəlbində göründüyü dərhal bəlli olar.
Rəhbərlik və başçılıq sevgisindən çəkin. Çünki bəzən insan üçün hakimiyyət və yüksək məqam qızıl və gümüşdən daha əziz olur. Bu, gizli bir qapıdır və onu yalnız nəfsin incəliklərini yaxşı bilən, bəsirətli alim görə bilər.
Daim nəfsini diqqətlə yoxla, əməllərini ixlasla et və bil ki, insanların üzərinə elə bir zaman yaxınlaşır ki, insan ölümü arzulayacaq…
Vəssəlam.»
📕 حلية الأولياء وطبقات الأصفياء
II əsr hicri / VIII əsr miladi.
t.me/faydailim
Telegram
FAYDAİLİM
قَالَ النَّبِيُّ ﷺ: مَنْ دَلَّ عَلَى خَيْرٍ فَلَهُ مِثْلُ أَجْرِ فَاعِلِهِ
https://www.instagram.com/faydailim

September 5, 2026 37