İsa عليه سلم: «Siz məndən başqa bir şəfaətçiyə gedin. Muhəmmədin ﷺ yanına!» deyəcəkdir.
Nəhayət onlar mənim yanıma gələrək: «Ey Muhəmməd! Sən Allahın Rəsulu və Peyğəmbərlərin sonuncususan. Allah sənin keçmiş və gələcək günahlarını bağışlamışdır. Rəbbimizin hüzurunda bizə şəfaət et. Sən bizim bu vəziyyətimizi görmürsən? Başımıza gələn bu müsibəti də görmürsən?» deyəcəklər.
Bundan sonra mən dərhal Ərşin altına gələrək Rəbbimin qarşısında səcdəyə qapanacağam. Sonra səcdədə, Allaha edilən həmd-sənadan sonra (Allaha) məndən əvvəl heç bir Peyğəmbərə deyilməyən tərifləri deyəcəm «Ya Muhəmməd! Başını qaldır, söylə! Sözün dinlənilir! İstə, sənə verilir! Şəfaət et, şəfaətin qəbul edilir!» buyuracaqdır. Mən səcdədən başımı qaldırıb: «Ya Rəbbim! Ümmətim, ümmətim!» deyə şəfaət edəcəm. Bundan sonra: «Ya Muhəmməd! Ümmətindən sorğu-sual olunmayanları Cənnətin qapılarından olan sağ qapıdan içəri sal. Lakin onlar digər qapılardan da içəri girə bilərlər!». Peyğəmbərﷺ - buyurdu: «Nəfsim əlində olan Allaha and olsun ki, Cənnətin qapı qanadlarından iki qanadının arası Məkkə ilə Həcər və ya Məkkə ilə Busra arası qədər genişdir!».
📚 متفق عليه
İzdiham (Qiyamət) günü: “Ümmətim! Ümmətim!” – deyə nida edəcək insanların ən xeyirlisinə çoxlu salavat gətirin!
t.me/faydailim