Sevdiyindən ayrılan birisi üçün balaca təsəlli.. İbn Sirin’dən… — FAYDAİLİM — TG.ME

🎈Sevdiyindən ayrılan birisi üçün balaca təsəlli..

İbn Sirin’dən rəvayət olunur:

“Əl-Həsən ibn Əli ibn Əbi Talib həyat yoldaşını boşadı və boşandıqdan sonra ona təsəlli olaraq on min dinar göndərdi.

Qadın cavab verdi:
«Sevdiyindən ayrılan birisi üçün balaca təsəlli».

Bu sözlər Həsənə çatdı və o, onu yenidən özünə qaytardı”.

📕 “Sunən Səid ibn Mənsur” (163)

📍 Əl-Həsənin boşadığı həyat yoldaşına göndərdiyi on min dinar o dövr üçün az bir məbləğ deyildi, əksinə böyük bir sərvət idi. Lakin qadın bu pulu, sevdiyi şəxsdən ayrılma kimi böyük bir itkini nəzərə alaraq, çox kiçik bir təsəlli kimi gördü («Sevdiyindən ayrılan birisi üçün balaca təsəlli»). Onun bu sözləri Əl-Həsənin qəlbini yumşaltdı, aralarındakı ayrılıq səbəbini unutdurdu və onu geri qaytarmağa vadar etdi..

#faydailim_evlilik

t.me/faydailim
September 3, 2026 34