Quran satışı ilə məşğul olanlar. İbn Abbas (Allah ondan razı olsun)… — FAYDAİLİM — TG.ME

Quran satışı ilə məşğul olanlar.

İbn Abbas (Allah ondan razı olsun) Quranı satmağı qadağan edirdi. Yəni insanın Quranın bir nüsxəsini (mushafı) alıb, daha sonra onu baha qiymətə sataraq bundan qazanc əldə etməsini qadağan edirdi. Bu, ən pis ticarət və qazanc növlərindən biridir!

İbn Abbas (Allah ondan razı olsun) deyirdi:

لا أرى للرجل أن يجعل المصحف متجرا، ولكن إذا عمل بيديه فلا بأس

“Bir insanın (Quran) mushafını ticarətə çevirməsini caiz görmürəm. Lakin onu öz əlləri ilə hazırlayıbsa (mushafı öz əli ilə yazıbsa), bunda heç bir problem yoxdur.” [1]

❗️Beləliklə, müqəddəs Quranı ticarətə çevirmək qadağandır. Ondan qazanc əldə etmək olmaz! Quranı insanlar arasında pulsuz yaymaq lazımdır ki, Allahın Kitabı onu oxuyacaq insanlara çatsın.

Lakin insanın öz əli ilə yazdığı və böyük zəhmət sərf etdiyi əl işi Quran nüsxəsini satmasına icazə verilir.

📖 Quranın təfsiri, hədislərin şərhi və digər dini elmlər sahəsində insan tərəfindən yazılmış və hazırlanmış kitabların satılması isə caizdir. Belə əsərlərin satışına və onlardan qazanc əldə etməyə icazə verilir. Bir çox saleh sələflər də belə etmişlər və bu, ən gözəl qazanc növlərindən biridir.

📚 [1] Bu rəvayəti İmam Əbdurrazzaq, 8/112; İbn Əbi Şeybə, 1/274; Hafiz Beyhəqi “əs-Sünən” əsərində, 6/16 və başqaları rəvayət etmişlər. Bax: “Məvsuətul-fiqh İbn Abbas”, cild 2, səh. 303.

t.me/faydailim
Telegram
FAYDAİLİM
قَالَ النَّبِيُّ ﷺ: مَنْ دَلَّ عَلَى خَيْرٍ فَلَهُ مِثْلُ أَجْرِ فَاعِلِهِ https://www.instagram.com/faydailim
September 2, 2026 32