MilliÖn" brendinin adından istifadə edilməklə həyata keçirilən fişinq… — 💼 Ekspertonomiks📈📊 — TG.ME

"MilliÖn" brendinin adından istifadə edilməklə həyata keçirilən fişinq kampaniyası aşkarlanıb.

Açıq mənbələr üzrə aparılmış monitorinq nəticəsində "MilliÖn" ödəniş sisteminin adından və vizual üslubundan istifadə edən saxta kampaniya aşkarlanıb.

Kampaniya istifadəçilərə 1 manat müqabilində mobil internet və danışıq paketi vəd edir.

Aşkarlanan saxta domenlərdə yerləşən səhifələr rəsmi ödəniş səhifəsi kimi təqdim olunur. Lakin formanın tələb etdiyi məlumat həcmi 1 manatlıq ödəniş üçün gözləniləndən daha genişdir və kart sahibinin adı, kart nömrəsi, bitiş tarixi, CVV kodu, telefon nömrəsi və IP ünvanını əhatə edir.

Mənbə kodunun təhlili göstərir ki, daxil edilən məlumatlar ödəniş sisteminə deyil, saytın idarəedici skripti vasitəsilə üçüncü tərəfə ötürülə bilər. Bu, səhifələrin əsas məqsədinin ödəniş qəbul etmək deyil, kart rekvizitlərini toplamaq olduğunu göstərir.

🖥 @expertonomics
🤬11🔥2❤1🥰1🐳1😭1🗿1🆒1
August 26, 2026 3.4K 1