Minlərlə fələstinli ətraflarını itirib, amma Adidas kampaniyası üçün… — Alioglu_News🇦🇿 — TG.ME

🇵🇸👟 Minlərlə fələstinli ətraflarını itirib, amma Adidas kampaniyası üçün İsrail Ordusunun (SAXAL) keçmiş əsgərini seçib.

▪️ İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində minlərlə insan, o cümlədən çox sayda uşaq qolunu və ya ayağını itirib. Belə bir fonda Adidas amputasiya olunmuş insanların bir cüt əvəzinə yalnız bir ədəd idman ayaqqabısı ala bilməsinə imkan verən Single Shoe proqramını İsrail Ordusunun (SAXAL) keçmiş əsgəri Şalev Bitonun iştirakı ilə reklam etmək qərarına gəlib. Biton 2021-ci ildə Qəzza sərhədində xidmət zamanı ayağını itirib.

▪️ Bu ziddiyyət o qədər kəskin və kinayəli qarşılanıb ki, reklam Fələstin və ərəb bloqosferində ciddi qalmaqala səbəb olub. Minlərlə insanı qolsuz və ayaqsız qoyan ordunun keçmiş nümayəndəsinin beynəlxalq korporasiya tərəfindən məhz amputasiya olunmuş insanlar üçün nəzərdə tutulan kampaniyanın siması seçilməsi geniş etiraz doğurub.

▪️ Sosial şəbəkələrdə #BoycottAdidas kampaniyası geniş yayılıb. Boykota bir sıra tanınmış ictimai şəxslər də qoşulub. Qalmaqaldan sonra Adidas üzr istəyərək şirkətin “heç kimi incitmək niyyətində olmadığını” bildirib.

▪️ Lakin transmilli korporasiyaların ən yaxşı anladığı dil, ilk növbədə, satış rəqəmləridir. Buna görə də Fələstinə dəstək verən fəallar Adidas-a məhz bu dildə cavab verməyə çağırırlar: şirkətin məhsullarını almamaq və reputasiya böhranını real maliyyə itkilərinə çevirmək.

#Qəzza #Fələstin #Adidas #BoycottAdidas #İsrail
September 9, 2026 113