🇺🇸📱 ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində bir neçə saat ərzində 37-dən çox paylaşım edib və bunların böyük hissəsi süni intellekt tərəfindən generasiya olunmuş təsvirlərdən ibarət olub.
ABŞ mediası isə siyasətçinin bir saatdan az müddətdə ard-arda 34 paylaşım etdiyini xüsusi olaraq qeydə alıb.
Tramp öz sifət cizgilərinin profilinə uyğunlaşdırılmış İran xəritəsini yayımlayıb, başını restler Halk Hoqanın bədəninə yerləşdirib, həmçinin özünü Corc Vaşinqtonun yanında, Ayın və nəhəng robotların sahibi qismində təsvir edib.
Bu rəqəmsal tamaşa çox keçmədən real müharibə ritorikasına keçib. Tramp İranın neft ixracatının əsas mərkəzi sayılan Xark adasının darmadağın edilmiş vəziyyətini əks etdirən və üzərində “Bye Bye, Kharg” yazılmış təsvirini, eləcə də nüvə silahının tətbiqi hədələri ilə müşayiət olunan şəkillər paylaşıb.
Paylaşımlar silsiləsi ABŞ-da yenidən prezidentin psixi və koqnitiv durumu, eləcə də vəzifələrini icra etmək iqtidarında olmayan dövlət başçısının vəzifədən kənarlaşdırılmasına imkan verən Konstitusiyanın 25-ci düzəlişi ilə bağlı müzakirələri alovlandırıb. Trampın qardaşı qızı Meri Tramp onun “real vaxt rejimində dekompensasiyaya uğradığını” bildirib. Lakin hər hansı təsdiqlənmiş tibbi diaqnoz mövcud deyil.
80 yaşlı prezidentin xarici görkəmi də alova sanki yağ töküb: onun öyrəşilmiş açıq-kürən saçları gözlənilmədən tünd-qəhvəyi rəng alıb. Xəstəlik, saç tökülməsi, parik, kimyaterapiya və ya şüa terapiyası ilə bağlı irəli sürülən versiyalar isə hələlik təsdiqini tapmamış şayiə olaraq qalır.
Bütün bunlar Konqresə keçiriləcək aralıq seçkilərə iki ay qalmış baş verir və bu seçkilərdə demokratlar Nümayəndələr Palatasına nəzarəti geri qaytarmağa ümid bəsləyirlər. Məhz buna görə də Vaşinqtonda sual artıq olduqca xoşagəlməz formada qoyulur: bu, şüurlu şəkildə yürüdülən “dəli nəzəriyyəsi”dir, yoxsa Ağ Evi həqiqətən də həmin o “narıncı dəli” idarə edir?
#ABŞ #DonaldTramp #İran #TruthSocial #Seçkilər
September 9, 2026 183





