Rumıniya kəşfiyyatı müdafiə obyektləri və kritik infrastruktura qarşı… — Alioglu_News🇦🇿 — TG.ME

🇷🇴🛡 Rumıniya kəşfiyyatı müdafiə obyektləri və kritik infrastruktura qarşı Rusiyanın diversiya əməliyyatının qarşısını alıb - The Guardian.

Rumıniya xüsusi xidmət orqanlarının məlumatına görə, əməliyyatın icraçısı genişmiqyaslı istintaq çərçivəsində izlənilən Rusiya vətəndaşı olub.

O, NATO müttəfiqlərinin istifadə etdiyi rabitə mərkəzlərinin və Rumıniya hərbi bazalarının, həmçinin digər müdafiə qurumları və kritik infrastruktur obyektlərinin foto və videogörüntülərini çəkməyə çalışıb.

“Əldə olunan məlumatlar Avropa ölkələrinin ərazisində Rusiya Federasiyasındakı strukturlar tərəfindən koordinasiya olunan diversiya şəbəkələrinin istifadə etdiyi fəaliyyət sxemi ilə oxşarlıq göstərir. Bu sxem Rumıniyada 2024 və 2025-ci illərdə qarşısı alınmış hallarda da müşahidə olunub: Rusiya vətəndaşına vasitəçi tərəfindən ölkə ərazisində olduqları müddətdə strateji hərbi əhəmiyyət daşıyan obyektlərin, o cümlədən Ukraynaya məxsus An-24 yük təyyarəsinin foto və videogörüntülərini hazırlamaq tapşırılıb”.

Xüsusi xidmət orqanları xarici tərəfdaşlarla birgə əməliyyat nəticəsində “ölkə ərazisində sabotaj aktının qarşısını almağa nail olduqlarını” bildiriblər.

The Guardian yazır ki, rusiyalı Rumıniyada sabotaj ittihamı ilə dindirilib.

Prokurorluq şübhəlinin şifrələnmiş yazışmalarının araşdırılması başa çatanadək onun 30 gün müddətinə həbs olunmasını məhkəmədən tələb edir. Bildirilir ki, həmin yazışmalarda Rumıniya və çoxmillətli qüvvələrə məxsus bir neçə hərbi bazanın fotoları olub.

#Rumıniya #Rusiya #NATO #diversiya #TheGuardian
September 9, 2026 181