Fransanın ifrat sağçı lideri Jordan Bardella Ukraynaya Avropadan… — Alioglu_News🇦🇿 — TG.ME

🇫🇷🇺🇦 Fransanın ifrat sağçı lideri Jordan Bardella Ukraynaya Avropadan ayrılan son maliyyə yardımının əleyhinə səs verdiklərini bildirib.

“Xarici dövlətlərə heç bir təminat olmadan pul ayırmağa davam etmək son dərəcə məsuliyyətsiz olardı”.

“Amerikalılar heç olmasa Ukraynaya dəstəklərini nadir torpaq elementlərinin istismarı ilə təmin etmək barədə düşünüblər”.

Bardellanın sözlərinə görə, hazırda Ukrayna xalqına və Ukrayna müqavimətinə göstərilə biləcək ən yaxşı xidmət Hörmüz boğazı ətrafındakı gərginliyə son qoymaqdır.

“Çünki Hörmüz boğazında baş verənlər Rusiyanın neft ixracından gəlirlərini kəskin şəkildə artırır və eyni zamanda Ukraynanın mövqeyini zəiflədir”.

“Biz müqavimət göstərən Ukrayna xalqını dəstəkləyirik. Fransa öz öhdəliklərinə sadiq qalacaq”.

“Lakin sabah hakimiyyətə gəlsək, Fransa artıq yalnız maliyyə xarakterli olmayan - bizdə olmayan pulları xərcləmək əvəzinə - diplomatik təşəbbüslə çıxış edəcək”.

#Fransa #Ukrayna #JordanBardella #Hörmüz #Siyasət
September 8, 2026 134