Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə heç kimə… — Alioglu_News🇦🇿 — TG.ME

🇹🇷🗣 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə heç kimə qarşı düşmənçilik bəsləmir və müstəqil, sabit, firavan dövlət kimi yoluna davam etmək istəyir.

“Qəti şəkildə bildirirəm ki, biz heç kimə qarşı düşmənçilik bəsləmirik. Əksinə, içində olduğumuz çətin coğrafiyada müstəqil, sabit və firavan dövlət kimi yolumuza davam etmək istəyirik”.

“Bu yolun qarşısının kəsilməsinə heç vaxt imkan verməyəcəyik. Ölkəmizin güclənməsindən, regionda sülh və sabitlik yaratmaq səylərindən narahat olanlar bizi yolumuzdan döndərə bilməzlər”.

“Şübhəniz olmasın: tarixin axarını dəyişməyə heç kimin gücü çatmaz. Türkiyə dostları ilə əl sıxacaq, doğmaları ilə qucaqlaşacaq, qardaşları ilə yenidən bir araya gələcək”.

“Türkiyənin dostu olanlar qazanacaq, ona düşmənçilik bəsləyənlər isə uduzacaq”.

#Türkiyə #Ərdoğan #Siyasət #Sülh #Region
❤1
September 8, 2026 142 2