Rusiya ilə KXDR sərhədində ilk avtomobil körpüsü istifadəyə verilib… — Alioglu_News🇦🇿 — TG.ME

🇷🇺🇰🇵 Rusiya ilə KXDR sərhədində ilk avtomobil körpüsü istifadəyə verilib.

Tumannaya (Tumanqan) çayı üzərindən keçən, uzunluğu 1 kilometr olan körpünün tikintisinə hökumətlərarası sazişin imzalanmasından sonra 2025-ci ilin aprelində başlanılıb.

Körpüyə Qırmızı Ordu zabiti və KXDR-in Əmək Qəhrəmanı Yakov Noviçenkonun adı verilib.

Bundan əvvəl Rusiya Federasiyası ilə KXDR-i yalnız 1959-cu ildə inşa edilmiş dəmir yolu körpüsü - “Dostluq” körpüsü birləşdirirdi.

#Rusiya #KXDR #Körpü #Tumanqan #Dostluq
September 8, 2026 151