Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsinin… — Alioglu_News🇦🇿 — TG.ME

🇹🇷🗣 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsinin təmkinli və ləyaqətli mövqeyi heç kim tərəfindən zəiflik kimi qəbul edilməməlidir.

“Bunu birdəfəlik açıq və birmənalı şəkildə bildirmək istəyirəm: heç kim bizim ləyaqətli və təmkinli mövqeyimizi zəiflik kimi qiymətləndirməsin və bundan yanlış ümidlərə qapılmasın”.

“Regionumuzda ölkəmizi mühasirəyə almağa yönəlmiş düşmənçilik addımlarını tribunadan seyr etməyəcəyik”.

“Türkiyə heç bir ölkəyə, heç bir cəmiyyətə, heç bir dinə və ya mədəniyyətə qarşı deyil. Belə bir şey heç düşünülə də bilməz”.

“Lakin Türkiyə bunu kimin törətməsindən asılı olmayaraq, hər cür qanunsuzluğa, ədalətsizliyə, zülmə və quldurluğa qarşıdır və bundan sonra da qarşı olmağa davam edəcək”.

#Türkiyə #Ərdoğan #Siyasət #Region #Bəyanat
September 8, 2026 176 1