🇺🇸🎬 Conni Deppin uzaq əcdadlarından biri qaradərili qadın olub və məhkəmə yolu ilə köləlikdən azadlığa çıxan ilk qadınlardan biri kimi tarixə düşüb.
Elizabet Ki Qrinsted 1630-cu ildə Virciniyada doğulub. Onun anası kölə qadın, atası isə kölə sahibi Tomas Ki Qrinsted olub. Atası Elizabeti rəsmi şəkildə öz qızı kimi tanıyıb.
Lakin atasının ölümündən sonra Elizabet və onun azyaşlı oğlu yenidən köləliyə verilib. O, bununla razılaşmayıb və 1655-ci ildə məhkəməyə müraciət edib.
Uzun sürən araşdırmalardan sonra məhkəmə onun haqlı olduğunu tanıyıb və Elizabetlə oğlunu rəsmən azad insanlar elan edib. Bu hadisə ABŞ-da köləliyin ləğvindən təxminən 200 il əvvəl baş verib.
Genealoji araşdırmalara görə, Elizabet Ki Qrinsted kinoaktyor Conni Deppin səkkizinci nəsildən ulu nənələrindən biri olub.
#ConniDepp #ABŞ #Tarix #Köləlik #Genealogiya

September 7, 2026 257